Deputatlarımız Türkiyədə səfərdə olacaqlar

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, və deputat Ramil Həsən aprelin 17-də Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edəcəklər. Olaylar xəbər verir ki, deputatlarımız burada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətininyaradılmasının 100 illiyi münasibətilə keçiriləcəkbir sıra tədbirlərdə iştirak edəcəklər.

Fond tərəfindən keçiriləcək tədbirlər çərçivəsində Ulu Öndərə həsr olunmuş sərgi və konfrans təşkil olunacaq. Tədbirlərdə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti barədə məlumat veriləcək, onun Azərbaycan dövlətçilik tarixindəki rolu və türk dünyası qarşısındakı müstəsna xidmətlərindən bəhs ediləcək.

Hicran Hüseynovanın Ankara şəhərində Şuşa Konqres Mərkəzində keçiriləcək"Türk dünyasının önəmli lideri Heydər Əliyevinanadan olmasının 100-cü ildönümündə xatirəsi anılır" adlı konfransda çıxışı da nəzərdə tutulub.

Səfər aprelin 21-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31