Milli Məclisin sədri beynəlxalq ictimaiyyətə səsləndi
14 Aprel 2023 15:16 Siyasət"Beynəlxalq təşkilatlar Ermənistanın iki Azərbaycan hərbçisinə qarşı işgəncə və zorakılığını araşdırmalı və ona lazımi qiymət verməlidirlər". "Olaylar" xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində aprelin 14-də MDB-yə üzv dövlətlərin ParlamentlərarasıAssambleyasının 55-ci plenar iclasında çıxışı zamanı, beynəlxalq təşkilatları Ermənistanın bir neçə gün əvvəl sərhəddə itkin düşmüş iki Azərbaycan hərbçisinə qarşı işgəncəvə zorakılığını araşdırmağa və ona müvafiq qiymət verməyə çağırıb.
Sahibə Qafarova diqqətə çatdırıb ki, bir neçə gün əvvəl Ermənistan sərhəddə itkin düşmüş iki Azərbaycan hərbçisini saxlayıb. Dərhal sosial şəbəkələrdə onlara münasibətdə fiziki işgəncəni və qeyri-insani rəftarı göstərən videogörüntülər yayılıb. Müvafiq beynəlxalqtəşkilatlarsözügedən zorakılığı araşdırmalı və ona lazımi qiymətverməlidirlər.