Nə Rusiya, nə Fransa, nə də İran Ermənistan üçün bir gün ağlayan deyil - ÖZƏL
13 Aprel 2023 16:28 Siyasət"Ermənistan bu təxribat özbaşına törətmir, onu buna təhrik edənlər var. Bir tərəfdə Rusiyadır, bir tərəfdə İran, bir tərəfdə də Fransa".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Ermənistana onun baş naziri Nikol Paşinyana qalsa, o, çoxdan bu problemdən canını qurtarıb birdəfəlik məsələnin həll edilməsinə razı olardı. Sadəcə olaraq, onu özbaşına buraxmırlar. Ona görə də, iki də bir sərhəddə təxribat törədilir, bizim əsgərlərimizə, hərbi mövqelərimizə hücum edilir. Bundan savayı, Azərbaycanla bağlı aşağı-yuxarı danışırlar və təbiidir ki, Azərbaycan da uyğun cavabı verir və bu cavab da Ermənistan üçün həqiqətən də böyük fəlakət olur. Bu fəlakəti gördüyü halda Ermənistanın təxribatlarını davam etdirməsi bir daha ondan xəbər verir ki, bunlar özbaşına hərəkət etmirlər. Yəni, həm Paşinyanın özünün sıxışdırılması baxımından bu təxribatlara gedilir, həm də ümumilikdə Azərbaycanı küncə sıxmaq, nələrəsə vadar etmək üçün. Bütün bunların da əziyyətini ən çox ermənilər və Ermənistan çəkir. Ona görə, düşünürəm ki, Ermənistan hakimiyyəti, konkret olaraq baş nazir Paşinyan artıq daşı ətəyindən tökməlidir, bütün üçüncü tərəfləri rədd edərək, Azərbaycanla birbaşa ikitərəfli masa arxasına oturmalıdır və Azərbaycanın irəli sürdüyü şərtlər daxilində sülh müqaviləsini imzalayıb məsələni birdəfəlik bitirməlidir. Ermənistanın qurtuluşu bundan keçir. Nə Rusiya, nə Fransa, nə də İran Ermənistan üçün bir gün ağlayan deyil, ona aldanmamalıdırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31