Paşinyan etiraf edir ki, münaqişə Ermənistan tərəfindən törədilib
13 Aprel 2023 15:54 Siyasət"Bütün səylərimizə baxmayaraq, təəssüflər olsun ki, Ermənistan-Azərbaycan sərhədində yerləşən Tex kəndinin bölməsində sərhədçilərin yerləşdirilməsini vəziyyəti gərginləşdirmədən həyata keçirmək mümkün olmadı." Bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 13-də hökumətin iclasında deyib. https://news.am/rus/news/754577.html
İki ölkə arasında sərhəddə razılaşma əldə olunmayana qədər kimisə harasa zorla yerləşdirmək cəhdi həmişə münaqişəyə səbəb olacaq.
Üstəlik, Azərbaycan tərəfi erməni tərəfinin hərəkətlərinin qanunsuzluğunu izah etməyə çalışarkən ermənilər atəş açıb, nəticədə Azərbaycan hərbiçiləri həlak olub.
Azərbaycan tərəfi azğınlaşmış təxribatçıları cavab tədbirləri ilə sakitləşdirməyə məcbur olub. Nəticədə erməni tərəfi xeyli insan itkisi verib.
Ermənistan yaxşı bilməlidir ki, sərhədlərin yaradılmasının istənilən zor metodu Ermənistan üçün ağır nəticələrlə doludur.
Erməni sərhədçilərinin qanunsuz əməllərinin törətdiyi ağır nəticələrə görə Arman Malaçyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edilib.
Qərb dövlətləri Ermənistana açıq şəkildə bildirdilər ki, problemlərin güc yolu ilə həlli tərəqqi və sülh yolu deyil.