"Ermənistandan İrana səfər təsadüfi deyildi"- ÖZƏL

"Laçınla sərhəddə törədilən təxribatlar Azərbaycanla Ermənistan arasında sülh prosesini əngəlləməklə, vaxtı uzatmaqla bağlıdır. Ermənilər Fransa, İran və digər havadarlarının təşviqi ilə Azərbaycanla münasibətlərin normallaşma prosesini əngəlləyir, masaya geri dönməməklə bölgədə vəziyyəti gərginləşdirir. Hansısa geopolitik dəyişikliklərdən faydalanmağı ümid edirlər. Təxribatın törədilməsi əvvəlcədən planlaşdırılmışdı. Çünki, Ermənistan xüsusi təyinatlılarının ordu korpusu komandirinin bölgədə olması və yaralanması, atəşin ilk dəfə onlar tərəfindən açılması bununplanlı təxribat olduğunu göstərir. Bu kimi təxribatlarla ermənilər bölgəyə daha çox güc cəlb etməyə çalışırlar. Ermənistanda Avropa İttifaqı missiyası adı ilə yerləşdirilən, əksəriyyəti fransız əsgərlərdən ibarət olan missiya var. Ermənistan bölgədə marağı olan dövlətləri cəlb etməklə Azərbaycanı təzyiq altında saxlamağa çalışır. Azərbaycan bir daha Ermənistanın planlarını pozdu".

Bu sözləri Olaylar.az-a politoloq Oqtay Qasımov deyib.

Azərbaycan və Ermənistan rəhbərliyinin ABŞ vasitəsi ilə görüşəcəyi ilə bağlı məlumat yayıldı. Bu xəbər yayıldıqdan sonra Ermənistanın təhlükəsizlik şurasının katibinin İrana səfəri təsadüfi deyil. Göründüyü kimi İran, Fransa sabitliyin yaranmasında maraqlı deyil. Gərginliyin müəyyən səviyyədə olması Rusiyanın da maraqlarına sərf edir. Belə olan halda Rusiya böllgədə moderatorluq vəzifəsini saxlamış olacaq. Bölgədə marağı olan həm qlobal, həm də bölgə dövlətlərinin bu təxribatlarda əli var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31