"Azərbaycanın səbrinin limiti var"- ÖZƏL

"Son günlər erməni təxribatlarının artması bölgədə Fransa və İranın maraqlarının artması ilə bağlıdır. Paşinyan qeyri-peşəkar siyasətçi olduğuna görə düşünür ki, Moskvanı, Tehranı, Parisi və Vaşinqtonu aldada bilər. Atalar misalı var ki, çox yerə baxan "şaş" qalar. Paşinyan şaş qalıb. Sonuncu təxribat Ermənistan təhlükəsizlik şurasının katibinin Tehran görüşündən sonra ilk dəfə İrana aid PUA-larla törədildi. Azərbaycan ordusu cavablarını layiqincə verdi. Paşinyan etiraf etdi ki, hələ Madrid prinsipləri qəbul olan vaxtda Ermənistan Azərbaycanın ərazi bütövlüyü tanıyıb. Heç olmasa 27 il sonra ayılıblar".

Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib.

"Bu, təfəkkürlə Paşinyan dövlət idarə edir. Bu cür hakimiyyətlə Azərbaycanı udmaq istəyirlər. Bu təxribatlar dayanmayacaq. Amma Azərbaycanın da səbrinin limiti var. Buna da son qoyulacaq. Hər zaman şahidi olmuşuq. Ermənilər problemlə üzləşdikdə, onun qarşısını almaq üçün təxribatlardan istifadə edirlər. Bu prinsip onların "sənətidir". Təxribatlarla 2020-ci ilə qədər bir şeylər əldə etsələr də, 44 günlük Vətən müharibəsi zamanı İlham Əliyev onların "sənətinə" son qoydu. Belə təxribatların olması başqa dövlətlərin marağıdır. Azərbaycanın geopolitik, geostrateji, geocoğrafi mövqeyi çox güclüdür. Azərbaycan həm Asiyaya, həm Avropaya, həm də türk dünyasına açılan qapıdır. Bu tip təxribatlar bizə xələl gətirə bilməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31