"Bu cür təxribatlar davam edəcək"- ÖZƏL
13 Aprel 2023 14:49 Siyasət"Ermənistan qərbdə Türkiyə, şimalda Borçalı, şərqdə Azərbaycan, cənubda isə Güney Azərbaycanla sərhəd süni yaradılmış ölkədir.
Ölkənin az sayda liberal kəsimi dörd tərəfdən türklə sərhəd olduğundan sülhün vacibliyini anlasa da, çoxluq təşkil edən faşist beyinlər barışıda təhlükə görür. Dövlətini, yaşamını, gələcəyini Türkə düşmənçilik üzərində quran belə bir milləti idarə etmək asandır ki, bundan Rusiya məharətlə istifadə edir".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Orxan Atabəy deyib.
"Paşinyan nə Ermənistan ordusuna, nə dövlətinə tam hakim deyil. Ölkə Azərbaycan-Ermənistan arasında gərginliyin gündəmdə qalmasını istəyən Rusiya yönümlü klanların, xarici ölkələrin marağını güdən kalonların yaratdığı xaosda boğulur. Odur ki, əsl sülh müqaviləsi imzalansa belə, bu cür təxribatlar davam edəcək".