Fransa və İran informasiya savaşında Ermənistanı məğlubiyyətdən xilas etməyə çalışır - ÖZƏL

"Ermənistanın dezinformasiya maşını 11 aprel təxribatı ətrafında "uğurlu kampaniya" apara bilmədiyi üçün məyusdur. Ölkənin məşhur KİV-lərindən olan "News.am" yazır ki, "11 aprel təxribatı barədə ermənilər özləri yazıb, özləri oxuyurlar, səslərini heç kimə çatdıra bilmirlər". "News.am" erməni əsilli Britaniya şoumeni Gev Orkyandan bu mövzuda müsahibə alıb.  Şoumen təssüflə qeyd edib ki, "Beynəlxalq ictimai rəyi formalaşdıran məşhur  KİV-lər 11 aprel insidenti barədə həqiqətləri işıqlandırmayıblar" (http://https://style.news.am/.../hayery-grum-en-hayerin%E2%80%A4... )." "Olaylar" xəbər verir ki, bunu deyən  Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, əslində reallıq budur ki,  trans-milli KİV-lər 11 aprel insidentinə kifayət qədər yer ayırıblar. Bu baxımdan Gev Orkyandan yanlış danışır: "Amma məsələ ondadır ki, Ermənistanın dezinformasiya şəbəkəsi  bu dəfə istəyinə tam nail ola bilməyib. Yəni, 11 aprel sərhəd təxribatlarına görə günahı bütövlükdə Azərbaycanın ayağına yazmaq cəhdi baş tutmayıb. Beynəlxalq ictimai rəy bu mövzuda  Ermənistan hakimiyyətinin "günahsız" olmasına inanmayıb, birtərəfli informasiya yaymayıb. Azərbaycan tərəfinin aktiv informasiya işi qurması bu dəfə erməni şəbəkəsinin planlarını poza bilib. 

Bu kontekstdə yalnız Fransa və İran KİV-lərinin davranışları istisnalıq təşkil edir.  İran təbliğat maşının bu kontekstdə təxribatçı fəaliyyəti hələ 11 aprel insidenti baş verməmişdən bir neçə gün öncə başlayıb. Ölkənin  Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxanin 8 apreldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın görüşündən sonra İranın təbliğat maşının Azərbaycan əleyhinə çıxışlarında aktivlik müşahidə edilib. Dünən isə Fransa bu mövzuda aktiv rol alıb. Fransa XİN 11 aprel insidentləri barədə bəyanat yayıb. Ermənistanın ərazi bütövlüyünü tanıdığını elan edib. Bəyanatın məzmunundan belə anlaşılır ki, Fransa XİN Azərbaycan silahlı qüvvələrini sanki "Ermənistan ərazilərini zəbt etməkdə" qınayır ( https://news.am/arm/news/754526.html)"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31