İrəvanın təklif etdiyi “güzgü prinsipi” nəyə hesablanıb? - ÖZƏL
13 Aprel 2023 12:30 Siyasət"Paşinyan sərhədin delimitasiya və demarkasiyasına hazır olduqlarını deyir, lakin bunun "güzgü prinsipi"nə əsasən edilməsini istəyir: qoşunlar qarşılıqlı olaraq geri çəkilir və bundan sonra sərhədin müəyyənləşməsi prosesi başlayır". "Olaylar"ın məlumatına görə, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, istəyirlər ki, Azərbaycan müharibədən sonra çıxdığı sərhəd xəttindən geri çəkilsin: "Bakı bunu etməyəcək, çünki ordunun çıxdığı mövqelər işğal dövründə Ermənistanın irəli çəkdiyi sərhəd xəttidir. İrəvanın delimitasiya üçün "güzgü prinsipi" şərtini irəli sürməsi isə məsələnin həll edilməməsi və hərbi eskalasiyaya şəraitin yaradılması deməkdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31