Bu gün Anar Ələkbərovun DOĞUM GÜNÜDÜR

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovun doğum günüdür.

Anar Ələkbərov Azərbaycan Prezidentinin köməkçisi təyin edilib | 1news.az |  Xəbərlər

Anar Ələkbərov 1977-ci ildə Samux rayonunda anadan olub. O, 1998-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq menecment ixtisası üzrə bakalavr pilləsini bitirib. 2001-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

O, 2008-ci ildən Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib. A.Ələkbərov bundan sonra aktiv xidmətləri ilə Fondun fəaliyyətinə böyük töhfələr verib. Onun mədəni irsin qorunması və inkişafı fonundakı xidmətləri nəticəsiz qalmayıb. Belə ki, A.Ələkbərov 2013-cü ildə Fransanın "İncəsənət və ədəbiyyat ordeni" ilə təltif edilib.

Anar Ələkbərovun doğum günüdür Pravda.az 

A.Ələkbərov 21 fevral 2014-cü ildə Azərbaycan Avtomobil İdman Növləri Federasiyasının prezidenti seçilib. 2014-cü ildə Azərbaycan və Macarıstan arasında əlaqələrin genişləndirilməsində və bu ölkədə mədəni-humanitar layihələrin həyata keçirilməsindəki xidmətlərinə görə Macarıstanın dövlət mükafatı - "Komandor xaç" ordeni ilə təltif edilib.

Anar Ələkbərov "Milan Expo 2015" ümumdünya sərgisində Azərbaycan nümayəndə heyətinin sədri olub. Bu sərgi indiyədək ölkənin ən çox diqqət çəkən layihələrindən biri kimi tarixə yazılıb desək, yanılmarıq. Belə ki, həmin tarixdə 3 milyon 250 min nəfər Azərbaycanın pavilyonunu izləyib. Milli pavilyon İtaliyanın Ətraf Mühit və Dəniz Ehtiyatlarının Mühafizəsi Nazirliyinin "Davamlı Ekspoya doğru" proqramı çərçivəsində "Dizayn və materiallar" nominasiyası üzrə "ən uğurlu ekoloji layihə" kimi mükafatla təltif olunub və milli pavilyonlar sırasında öz kateqoriyası üzrə ən gözəl pavilyon seçilib.

Anar Ələkbərov Fazil Mustafanı xəstəxanada ziyarət etdi

Anar Ələkbərovun ardıcıl uğurlu fəaliyyəti və dövlətçilik yolunda xidmətləri nəticəsiz qalmayıb. Belə ki, o, 2017-ci ildə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub. Dövlətin idaretmə xəttinə bu cür vətənpərvər, təşəbbüskar kadrın təyin edilməsi ölkədə bir sıra istiqamətlərdə neqativ halların qarşısının alınmasında xüsusi rol oynayıb.  Bununla da Anar Ələkbərov 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib.

Anar Ələkbərov: Harada baş verməsindən asılı olmayaraq, terrorizm  bəşəriyyətə qarşı cinayətdir - AZƏRTAC

İkinci Qarabağ müharibəsi dönəmində hərb cəbhəsi kimi, diplomatik cəbhəni də boş buraxmaq olmazdı. A.Ələkbərov həmin dönəmdə Qarabağ  həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün siyasi arenada xüsusi təşəbbüskarlıq göstərib. Prezident köməkçisi müharibədən sonrakı dönəmdə isə işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri ilə yaxından maraqlanmaqdadır. Direktoru olduğu Heydər Əliyev Fondu Qarabağda bərpa layihələri həyata keçirməklə yanaşı, bölgədə sürətlə aparılan quruculuq işlərinə töhfə vermək məqsədilə yeni dini və mədəniyyət obyektlərinin inşasını da reallaşdırmağı qarşıya məqsəd qoyub.

Sonda dövlət və xalq üçün mislisiz xidmətləri olan Anar Ələkbərovu Olaylar.az kollektivi olaraq ad günü münasibətilə təbrik edir, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayırıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31