Moskva görüşü nə vəd edir? - ÖZƏL
13 Aprel 2023 11:35 Siyasət"ABŞ -ın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılmışdı. Vaşinqton sülh müqaviləsinin bağlanması istiqamətində real addımlar ataraq prosesə yekun vurmağa çalışır. Görüş öncəsi, Laçın istiqamətində Ermənistan tərəfindən atəşkəsin pozulması və təxribatlara yol verilməsi təsadüfi deyildi". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə partiyasının sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, N. Paşinyan parlamentin iclasında çıxışında vurğuladı ki, bu təxribatı həyata keçirən orduda beşinci kolondu. Həmçinin Azərbaycanla birgəyaşayış və sülhün önəmini vurğulayaraq Ermənistanın inkişafının təhlükəsizlikdən asılı olduğunu açıq bəyan etdi. Göründüyü kimi, N. Paşinyan son təxribatda dolayı yolla Ermənistan tərəfindən edildiyini və özünün xəbəri olmadığını bəyan etdi: "Ermənistan baş naziri bunu deməklə, orduya tam nəzarət edə bilmədiyini, üçüncü ölkələrə işləyən hərbiçilərin işi olduğunu qabartdı. O, bununla, bu təxribatın arasında Rusiyanın olduğunu dolayısı ilə elan etdi. 11 aprel döyüşündən sonra, Rusiyanın təşəbbüsü ələ aldığını Vaşinqtonda deyil, Moskvada görüşün olacağını Rusiya XİN elan etməsi, bir daha aydın olur ki, Moskva təxribatın arxasında olub. Amma, burada Ermənistan siyasi-hərbiliyi də məsuliyyət daşıyır. Çünki, Azərbaycan postu qarşısında yeni mövqelər qurmaq və xüsusi təyinatlı qüvvələri yerləşdirmək ciddi təxribatdan xəbər verir. Belə bir yerləşmədən Nikol Paşinyan xəbəri olmadığını da dedi. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması üçün Rusiya Ermənistan ordusundan təxribatlar üçün geniş istifadə edir. Demək olar ki, N.Paşinyan orduya ya nəzarət edə bilmir, yaxud proseslərin bu nöqtəyə gəlməsində maraqlıdır. Belə aydın olur ki, ordu ilə hökumət arasında ciddi koordinasiya problemi yaranıb. Liderlərin Moskvada görüşünə gəlincə, əvvəlki nəticəsiz görüşün davamıdır. Rusiya rəhbərliyi görüntü yaradıb, prosesləri idarə etmək planını həyata keçirir. Azərbaycan Moskvada görüşə qatılmamaqla, obyektiv mövqe ortaya qoya bilər. Moskva görüşü sülh üçün deyil, böhranın davam etməsinə xidmət edir".