Ermənistan dəqiq mina xəritələrini təhvil verməlidir - XİN

Keçmiş təmas xəttindən uzaqda, bir müddət əvvəl 2021-ci il Ermənistan istehsalı olan minaların aşkar edildiyi Laçın rayonunda növbəti mina partlayışı nəticəsində azərbaycanlı mülki şəxs xəsarət alıb.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin tvitter hesabında qeyd edilib.

 
 

"2020-ci ildən bəri Azərbaycanın mina qurbanların sayı 290 nəfərdir. Ermənistan dəqiq mina xəritələrini təhvil verməlidir" - deyə əlavə edilib.

Xatırladaq ki, dünən Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb. 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb. O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31