Deputat köməkçiləri bilik və bacarıqlarını artıracaqlar - ÖZƏL

Milli Məclisin üzvü Kamal Cəfərov Avropa İttifaqı və Avropa Şurası tərəfindən icra ediləcək "Yaxşı idarəçiliik üzrə Tərəfdaşlıq" proqramının 3-cü mərhələsinin açılışında çıxış edib. "Olaylar"ın məlumatına görə, bu barədə millət vəkili özü məlumat verib. Bildirib ki, bu proqram çərçivəsində bizim təşəbbüsümüzlə Milli Məclisin deputat köməkçiləri üçün etik davranış qaydaları və izahedici təlimatın hazırlanması nəzərdə tutulur: "Bildiyiniz kimi, deputat köməkçiləri seçicilərlə ilkin təması həyata keçirir. Bu mərhələdə şikayətin məzmunundan və deputat səlahiyyətlərindın asılı olmayaraq, deputat köməkçiləri istənilən sual və situasiyaya hazır olmalı, beynəlxalq təcrübəni də öyrənməlidirlər.  Hesab edirəm ki, bu layihə deputat köməkçiləri üçün çox faydalı olacaq, onlar öz bilik və bacarıqlarını artıracaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31