Azərbaycanın türk dövlətləri ilə münasibətləri olduqca əhəmiyyətlidir - ÖZƏL
13 Aprel 2023 11:05 Siyasət"Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətləri olduqca əhəmiyyətlidir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sevinc Hüseynovanın sözlərinə görə, son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına imkanlar açır: "Məhz bu müstəvidə Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasındakı əlaqələrin ənənəvi dostluq və qardaşlıq münasibətləri, əsrlərə dayanır. Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır ki onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edir".