Azərbaycan Türk Dövlətləri ilə müttəfiqlik münasibətlərinin dərinləşməsində xüsusi rol oynayır - ÖZƏL

"Azərbaycan 44 günlük Vətən müharibəsindən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxdı.  Ölkəmiz həmin yeni hədəflərə çatmaq yolundakı fəaliyyətində Türk Dövlətləri ilə əməkdaşlığın yeni keyfiyyət halına gətirilməsindəki rolunun miqyasları, yüksək fəallıq dərəcəsi və təsir dairəsi baxımından ona həm də xüsusi missiya xarakteri verməkdədir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Əli Məsimlinin sözlərinə görə, bu özünü  son vaxtlar Azərbaycanın Türk Dövlətləri ilə müttəfiqlik münasibətlərini konkret məzmunla zənginləşdirməsinin timsalında daha əyani şəkildə göstərir: "Azərbaycanın bu yeni rolu Türk Dövlətləri arasında əməkdaşlığın strateji müttəfiqlik səviyyəsinə qalxmasında xüsusi rol oynayır.2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsindən sonra  digər türk dövlətləri ilə də analoji sənədlər imzalanır.2022-ci ili avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azəbaycana rəsmi səfəri zamanı imzalanan 20-dən artıq sənədin arasında  "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə" də var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31