Əməyin ödənişi sahəsində nöqsanlar aşkar edilib - ÖZƏL
13 Aprel 2023 10:08 Siyasət"Ötən il 48 audit planlaşdırılsa da, onun 46-sı həyata keçirilib. Bütövlükdə strateji planda nəzərdə tutulmuş planların icra səviyyəsi 81 faiz olub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Azərbaycan Respublikası Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında" hesabatına münasibət bildiriərkən deyib. Qeyd edib ki, vacib məsələlərdən biri də audit nəticəsində 2022-ci ildə dövlət vəsaitlərilə davranış qaydalarının müəyyən olunması ilə əlaqədar pozuntularla bağlıdır: "Hesabat ilində keçirilmiş 28 uyğunluq auditinin 26-da büdcə qanunvericiliyinin pozulması, dövlət satınalmaları istiqamətində pozuntulara, 22-də dövlət büdcə vəsaitlərinin idarəetmə sistemində, 14-də isə əməyin ödənişi sahəsində nöqsanlara rast gəlinib. O baxımdan pozuntuların qarşısının alınması üçün gələcəkdə tətbiq edilə biləcək prosedurların müəyyən edilməsi vacibdir. Həmçinin, səmərəlilik auditinin səviyyəsinin artırılması təqdirəlayiq haldır".