Ermənistanın təxribatlara gedəcəyi mümkündür - ÖZƏL

"Ermənistan rəhbərliyi bir neçə aydır ki, sərhəddə möhkəmlənmək və hücum əməliyyatlarına hazırlıq görürdü.  Məhz  mühəndis istehkam işləri apramaqla yeni hücum əməliyyatının tərkib hissəsidir. Ötən gün Azərbaycan tərəfinin xəbərdarlığına  hücum etməklə cavab verməsi, bu ölkənin sülh müqaviləsinin bağlamasında maraqlı olmadığını göstərir". "Olaylar"ın məlumatına görə, MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan atəşkəsi pozmaqda maraqlı tərəfdirsə, erməni tərəfinin yaydığı videoda görünür ki,  pikapla dörd nəfər hərbiçi ilə 40 yaxın erməni hərbiçisinin olduğu yerə gedilməzdi. Hücum edən tərəf dörd hərbiçi ilə deyil,  zirehli texnika və xeyli əsgərlə getmeli idi: "Videodan göründüyü kimi Azərbaycan hərbiçiləri  yalnız danışıqlar üçün gedib. Qarşı tərəf öz düşmənçilyini ortaya qoyaraq hərbiçilərimizə silah işlədib və nəticədə postlarımıza artilleriyadan atəş açılıb. Ermənistan tərəfinin burada əsas planı Azərbaycanı yerləşdiyi ərazilərdən hücum etməklə çıxarmaqdı. Ermənistan Avropa İttifaqının missiyasından narazıdır və Kollektiv Müqaviləsi Təşkilatının hərbiçilərini sərhəddə yerləşdirmək istəyir. Ona görə də bu kimi təxribatlara əl atır. 

İranın da bu təxribatlarda maraqlı olduğu və dəstək verdiyi təkzibolunmazdı. İki ölkə arasında hərbi əməkdaşlıq və hərbi kəşfiyyat mübadiləsi üzrə razılıq var. İran raket və PUA Ermənistana verməklə, çalışır ki, sülh müqavilə imzalanmasın. 

Ötən gün  lokal döyüşdən sonra Vaşinqtonda Azərbaycanla Ermənistan liderlərinin görüşünə gəlincə, belə bir görüş mümkündür. Amma, Ermənistanın İranla və Rusiya ilə paralel çalışması Vaşinqton görüşünə  kölgə salır. İlk növbədə ABŞ Ermənistana İran və Rusiya ilə məsafəli davranmalı, Azərbaycan əleyhinə birgə çalışmağa son qoymağı tələb etməlidir. İran SEPAHI Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsinə mane olmaq üçün Moskva ilə birgə kordinasiyalı çalışır. Ona görə də Ermənistanın təxribatlara gedəcəyi mümkündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31