Azərbaycanın dünyanın bütün dövlətləri ilə qarşılıqlı və sıx əlaqələri mövcuddur - ÖZƏL
12 Aprel 2023 12:26 Siyasət"Azərbaycanın xarici siyasət kursunun prioritetləri dövlətin maraqları ilə müasir geosiyasi vəziyyətin xüsusiyyətlərini maksimum dərəcədə nəzərə almağa əsaslanır".
Vüqar Rəhimzadə: Qazaxıstan və Azərbaycan öz xüsusi resurslarına güvənən öz taleyini, gələcəyini özləri quran ölkələrdir
"OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev deyib ki, Ulu öndər Heydər Əliyev ölkənin xarici siyasətinin prioritetlərini ən incə məqamları belə nəzərə alaraq müəyyənləşdirib: "Ötən illərin təcrübəsi göstərdi ki, Ümummilli Liderin formalaşdırdığı müdrik siyasət kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və zamanın bütün tələblərinə cavab verir. Azərbaycanın demək olar ki, dünyanın bütün dövlətləri ilə qarşılıqlı və sıx əlaqələri mövcuddur. Bir çox dövlət başçıları Prezident İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində Azərbaycanın güclü və qüdrətli dövlət olduğunu beynəlxalq tirubunalardan belə heyranlıqla səsləndirirlər".