Ailə Məcəlləsində dəyişiklik hansı məqsəd daşıyır? - ÖZƏL
12 Aprel 2023 11:06 SiyasətMilli Məclis Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda təsdiq edib. Maraqlıdır, Məcəllədə edilməsi nəzərdə tutlan dəyişikliklərin mahiyəti nədən ibarətdir? "Olaylar"ın məlumatına görə, Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, qanun layihəsində nəzərdə tutulan dəyişikliklər sənədlərin təqdim edilməsi ilə bağlı problemlərin aradan qaldırılmasına səbəb olacaq: "Bu isə öz növbəsində vaxt itkisinin azaldılmasına, vətəndaş məmnunluğunun artırılmasına, ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31