Azərbaycan və Qazaxıstan Orta Dəhlizin reallaşmasına regional töhvə verən ölkələrdəndir - ÖZƏL
12 Aprel 2023 11:02 Siyasət"Son illər Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlərin daha da dərinləşməsi müşahidə olunur. Bu özünü iki ölkə arasındakı ticarət dövriyyəsində də göstərməkdədir. Qazaxıstan ilə dövriyyəmiz ötən il əvvəlki ilə nisbətən 4.4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlib". "Olaylar"ın məlumatına görə, bunu deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan və Qazaxıstan Orta Dəhlizin reallaşmasına regional töhvə verən ölkələrdəndir. Ötən il hər iki ölkə üzərindən daşınan yüklərin həcmində artım qeyd alınıb. Hər iki ölkə nəqliyyat və logistik infrastrukturunu inkişaf etdirməklə region üzərindən daha çox yüklərin daşınmasına nail ola biliblər: "Türk Dövlətləri Təşkilatının üzvüləri olan Azərbaycan və Qazaxıstan Türk dünyasının inkişafına və daha da yaxınlaşmasına xüsusi töhvə verirlər. Bu baxımdan, Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət etməklə yanaşı Türk dövlətlərinin daha sıx əməkdaşlığı üçün də yeni imkanlar yaradır".