Ermənistan Rusiya və İranın ətəyindən yapışıb - ÖZƏL

"Regionda sabitliyi istəməyən qüvvələrin planı  nəticəsində Ermənistan Azərbaycanla sərhəd bölgəsində yenidən təxribatlar törədib. Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub. Şəhidlərimizi ehtiramla anırıq.Müşahidələr göstərir ki, bu təxribatı icra edən ermənilər olsa da, bunun arxasında Rusiyanın bəzi dairələrinin dayandığı şübhəsizdir. Çünki İran təkbaşına belə işi görə bilməzdi. Baxmayaraq ki, İranda belə qarşıdurmalarda maraqlıdır". "Olaylar" xəbər verir ki, bunu deyən  Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli qeyd edib ki, Ukrayna ilə müharibədə ciddi itkilər verən Rusiya Cənubi Qafqazda ermənilərdən alət kimi istifadə etmək siyasətini davam etdirir: "İmperiya iddiaları Rusiyanı və ümumilikdə dünyanı görün, nə günə qoyub. Ukrayna ilə müharibənin vaxtı uzandiqca, insan təlafatlarının sayı artdıqca Rusiyanın fəlakətli vəziyyəti daha da ağırlaşacaq. Rusiya Ukrayna müharibəsinin taleyinin həll olunduğunu demək hələlik tezdir. Lakin bu müharibədən sonra dünyanın siyasi və iqtisadi arxitekturası dəyişəcək. Ukraynada dağıntıları, dinc insanların rus silahlıları tərəfində amansızlıqla qətlə yetirilməsi səhnələrini görən dünya ictimaiyyəti müharibə cinayətlərini törədənləri heç zaman bağışlamayacaq. Bu fəlakətlərdən sonra Moskvaya necə inanmaq olar?

Zaman keçdikcə  müstəqil dövlətlərə qarşı imperiya ideoloqlarının süni olaraq yaratdığı  təhdid rıçaqları tədricən aradan qalxacaq. Çünki proses bu istiqamətdə gedir.  Həmçinin separatizmin keçmiş SSRİ məkanında kökünün kəsilməsi üçün  imperiya iddialarından əziyyət çəkən  ölkələr vahid platformadan çıxış etməyə məhkumdurlar. Ermənistan isə həm Rusiyanın, həm də İranın ətəyindən (kobud ifadə işlətmirəm) yapışıb təxribatlarını davam etdirərsə öz mövcudluğuna zərbə vuracaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31