Beynəlxalq təşkilatların “dəyirmanına su tökənlər” - ÖZƏL

"Məlum olduğu kimi, son günlər Azərbaycanın hüquq mühafizə orqanları İranla əlaqədə şübhəli bilinən şəxslərin həbsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Ancaq son proseslərdə dövlətin və dövlətçiliyin yanında ola bilməyən həm daxildə, həm də xaricdə fəaliyyət göstərən destruktiv qruplar geniş təbliğata başlayıblar ki, Azərbaycanda guya dindarların kütləvi həbsi həyata keçirilir. Hətta bir sıra hallarda ciddi şişirdilmiş rəqəmlər də səsləndirirlər". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə,  burada əsas məqsəd dindar kontingentin rəğbətini qazanmaq və özlərini onların müdafiəçisi kimi təqdim etməkdir. Bu həm də onu göstərir ki, bütün bu qruplar eyni mənbədən qidalanır və təlimatı eyni yerlərdən alırlar: "Çox böyük ehtimal ölkəmizlə bağlı beynəlxalq təşkilatların hazırladıqları növbəti hesabatlarda da bu məsələ ilə bağlı tənqidi fikirlər yer alacaq. Burada da əsas məqsəd Azərbaycana təzyiqi artırmaq olacaq. Heç şübhəsiz ki, bu addımlar Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən sırf təhlükəsizlik məqsədilə atılır və dünyanın müxtəlif bölgələrində ayrı-ayrı ölkələr zaman-zaman belə tədbirləri təhlükəsizlik məqsədilə həyata keçirirlər. Həbs olunan şəxslərin sayı, həbs olunma səbəbi və cinayətləri barədə növbəti mərhələdə ictimaiyyətə geniş və ətraflı məlumatın veriləcəyinə heç kimin şübhəsi olmasın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31