Hər 3 ailədən biri boşanır - Deputat

"Müxtəlif statistikalara görə, ölkədə hər 3 ailədən biri boşanır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.

Fəxrəddin Manafov Qənirə Paşayeva ilə...

Deputat boşanmaların qarşısının alınmasının vacib olduğunu söyləyib: "Bunun bir neçə səbəbi var. Erkən nikahla bağlı qərarları gələcəkdə daha da sərtləşdirməliyik. Bu gün bölgələrdə hələ də valideynlər qızlarını erkən nikaha sövq edirlər". C.Məmmədov, həmçinin bu yaxınlarda bir yeniyetmənin uşaq evindən canlı yayım açaraq üzləşdiyi problemi işıqlandırması məsələsinə də toxunub: "Təəssüf ki, problem yarananda dövlət qurumları lazımi adekvat tədbirlər görmədi. Ona görə də sosial şəbəkələrdə mövzu hansısa televiziya aparıcısının məsələni həll etməsi kimi müzakirə olundu. Hesab edirəm ki, dövlət qurumları belə hadisələr olanda daha tez münasibət bildirməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31