Novruz Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Novruz Aslanovun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Novruzəli Davud oğlu Aslanov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31