Iran səfirliyi ilə bağlı qərar çoxdan verilməli idi - ÖZƏL

Arzuman Muradlı: "Sadəcə molla rejiminin ağıllanmasını gözləyirdik"

"İranın Azərbaycandakı səfirliyinin 5 əməkdaşının Xarici İşlər Nazirliyi tərəfindən persona-non qrata elan edilməsi çoxdan verilməli qərar idi. Sadəcə biz molla rejiminin ağıllanması, ölkəmizə qarşı təxribatlardan əl çəkəcəyini gözləyirdik. Ancaq zaman göstərdi ki, İran nəinki ağıllanmayıb, əksinə özünü bir qədər də dəli vəziyyətinə qoyub". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, fars rejimi Azərbaycanın cavab addımını gözləməli idi: "Baxmayaraq ki, biz bütünn dövtlərdə, elə indinin özündə də bütün qonşularımızla qarşılıq faydalı əməkdaşlığa üstünlük veririk, ancaq bəzi qonşularımız, eləcə də İran Azərbaycanın bu mövqeyindən sui-istifadə edir, ölkəmizə qarşı təxribatlar həyata keçirirlər".

"İrandakı səfirliyimizə terror hücumu, paytaxtda silahlı qarşıdurma təşkil etmək cəhdi, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror hücumu, hamısının sifarişini İran ayətullahları verir" deyən Arzuman Muradlı molla rejiminin İran səfirliyinin əməkdaşları ilə bağlı verdiyimiz qərara cavab olaraq növbəti təxribat tprədə biləcəyini də istisna etməyib: "Fəaliyyəti yalnız terror, insan qətli üzərində qurulan rejimin bundan sonra törədə biləcəyi təxribatlara da lazımı cavab verilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31