Milli Məclis İranla bağlı bəyanat qəbul etdi
7 Aprel 2023 12:16 SiyasətMilli Məclis İran parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bəyanatla bağlı bəyanat verib.
Olaylar.az bildirir ki, bəyanatda qeyd edilir ki, Milli Məclis İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı qəbul etdiyi bəyanat Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə kimi qiymətləndirir.Bildirilib ki, bu bəyanat İranın Azərbaycana qarşı növbəti siyasi təxribatıdır. Qeyd edilib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması müsəqil dövlət kimi onun suveren hüququdur və bununla bağlı ittihamlar qəbuledilməzdir. Bəyanatda Milli Məclis İranı ölkəmizi hədəf alan qərəzli fəaliyyətdən çəkinməyə çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31