Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub
17 Mart 2023 18:34 Siyasət17 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Olaylar verilən məlumata görə, telefon danışığı zamanı Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq məsələlərini, habelə beynəxalq təşkilatlar çərçivəsində gündəlikdə duran aktual mövzuları müzakirə ediblər.
Tərəflər, həmçinin, bölgədəki mövcud vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31