Azərbaycan və BƏƏ arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
17 Mart 2023 15:41 SiyasətPrezident İlham Əliyev "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, qanuna əsasən "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında"" 2022-ci il noyabrın 16-da Əbu-Dabi şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiqlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31