Deputatlar Qazaxıstan parlamentinin Senatında görüş keçiriblər - ÖZƏL
17 Mart 2023 13:36 SiyasətMilli Məclisin deputatları İqbal Məmmədov və Rüfət Quliyev Qazaxıstana səfərə gediblər. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumat verən millət vəkili İqbal Məmmədov deyib ki, səfərdə məqsəd martın 19-da Qazaxıstan parlamentinə keçiriləcək seçkiləri müşahidə etməkdir:
"Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasi (MDB PA) xətti ilə martın 16-dan bu ölkənin paytaxtı Astana şəhərində səfərdəyik".
İqbal Məmmədov qeyd edib ki, martın 17-də Qazaxıstan respublikası parlamentinin Senatinda göruş olub. Görüşdə ikitərəli əlaqələr, onun gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31