Bələdiyyələrin sayı azaldılacaq

Ədliyyə Nazirliyi bələdiyyələrdə islahatlar aparılması üçün Prezident Administrasiyasına müraciət edib. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. Sənəddə bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə səmərəli bələdiyyə idarəetməsinin həyata keçirilməsi, habelə 2021-ci il üzrə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzənin Milli Məclisdə müzakirəsi zamanı deputatlar tərəfindən ölkəmizdə yerli özünüidarəetmənin mövcud problemləri ilə əlaqədar qaldırılmış məsələlərlə bağlı Ədliyyə Nazirliyi 2022-ci ilin aprel ayında Prezident Administrasiyasına məktub ünvanlayıb. Məktubda ölkənin yerli özünüidarəetmə sistemində islahatların aparılması, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, bələdiyyələrin sayının azaldılması, onların səlahiyyət və imkanlarının genişləndirilməsi və s. deputatların təklifləri qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31