Qarabağ və Zəngəzur iqtisadi rayonlarında 800-dən çox iş yeri açılacaq
17 Mart 2023 12:30 SiyasətQarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "Ağdam" və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarında ümumilikdə 18 sənaye müəssisəsi qeydiyyata alınıb. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib. "Burada layihələrin həyata keçirilməsinə ümumilikdə 106 milyon manata yaxın sərmayə qoyuluşu nəzərdə tutulur, eyni zamanda 800-dən çox yeni iş yerlərinin açılması planlaşdırılır", - deyə Baş nazir vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31