Qanunsuz dini təbliğatla məşğul olan 144 nəfər barəsində tədbir görülüb

Keçən il qanunsuz dini təbliğatla məşğul olan 31 nəfər barəsində cinayət işi başlanılıb. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. Hesabatda qeyd edilib ki, 144 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb. Həmin şəxslərdən 351 ədəd dini ədəbiyyat, broşür, jurnal, buklet, eləcə də 3 ədəd soyuq silah aşkarlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31