Dünya ermənilərin mina terroruna göz yumur - ÖZƏL

"Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünya, beynəlxalq humanitar təşkilatlar ermənilərin Azərbaycan dövləti və xalqına qarşı həyata keçirdiyi bütün cinayətlər kimi, mina terroruna da göz yumur, bunun qarşısının alınması istiqamətində heç bir tədbir görmür. Bunun səbəbidir ki, azad edilən ərazilərimizdə müntəzəm olaraq baş verən mina partlaması nəticəsində vətəndaşlarımız həlak olur, yaxud ağır dərəcəli xəsarətlər alır".

Fransanın Cənubi Qafqazda yürütdüyü siyasət bölgəyə sülh gətirə bilməz - ÖZƏL

Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, Azərbaycan dövləti azad edilən ərazilərdə mina təhlükəsi, ərazilərimizin işğal dövründə minalanması ilə bağlı   44 günlük müharibədən keçən 3 ilə yaxın müddət ərzində müvafiq beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırsa da, lakin dünyada mövcud olan ikili yanaşmalar bu məsələdə də özünü büruzə verir:

"Təsəvvür edin ki, Laçın dəhlizi bağlı olmadığı, hər gün oradan onlarla mülki avtomobilin maneəsiz keçdiyi, ərzaq və digər zəruri vacib olan məhsulların ərazidən daşınması təmin edildiyi halda, Avropanın bəzi ölkələri, eləcə də Avropa İttifaqı yolun bağlı olduğunu iddia edərək Azərbaycana qarşı əsassız tələblər irəli sürdüyü halda, indiyə qədər ermənilərin mina terroru səbəbindən onlarla vətəndaşımızın həlak olması, bir o qədər insanımızın bu terrordan ziyan çəkməsini görməməzlikdən gəlir. Bu azmış kimi azad edilən ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatlarına istənilən səviyyədə dəstək vermir. Bu da bir daha dünyada mövcud olan ikili standartları ortaya qoymuş olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31