Fransanın Cənubi Qafqazda yürütdüyü siyasət bölgəyə sülh gətirə bilməz - ÖZƏL

"Fransanın Cənubi Qafqaz regionunda yeritdiyi avantürist siyasətə,eləcə də  Ermənistan-Azərbaycan münaqişəsində sərgilədiyi destruktiv mövqeyə şərik çıxmaq heç bir dövlətə şərəf və fayda gətirə bildməz həm də regiona sülh və tərəqqqi gətirə bilməz. Ona görə də Almaniyanın Cənubi Qafqazda artan maraqları Qarabağ məsələsində ədalətli, beynəlxalq hüquq normalarına uyğun mövqe sərgiləməklə reallaşa bilər". "Olaylar" xəbər verir ki, bunu seyən millət vəkili Əli Məsimlinin sözlərinə görə,  Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır və yeni dünya düzəninin formalşmağa başladığı hazırkı dönəmdə əhəmiyyəti sürətlə artır: "Berlinlə Bakı arasında əlaqələr həm ikitərəfli,həm də çoxtərəfli münasibətlər çərçivəsində də inkişaf etdiyini vurğulamaqla, Almaniya ilə münasibətləri Avropa İttifaqı-Azərbaycan münasibətləri kontekstində də dəyərləndirsək, Azərbaycan Almaniya ilə əməkdaşlığı dərinləşdirməklə öz mövqelərini Qərbi Avropada gücləndirməsinə əlavə, həm də çox önəmli   güc qata bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31