Ermənilər parlamentdə qan tökmüş bir millətdir - ÖZƏL

"Ermənistanda vəziyyət heç də bəzi beynəlxalq təşkilatların, xarici, Avropa dövlətlərinin təqdim etdiyi və yaxud etmək istədiyi kimi demokratik, ürəkaçan durumda deyil".
Bu sözləri Olaylar.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Ermənistanda insan hüquq və azadlıqlarının pozulması ilə bağlı çox geniş məlumatlar mövcuddur və bu günlərdə Azərbaycanda da bu məsələ ictimailəşdi. İstər öz siyasi rəqiblərinə qarşı hazırki hakimiyyətin davranışı, istər keçirilən aksiyalarda insanlara, xüsusilə saxlanılan şəxslərə münasibət məsələsi, jurnalistlərə qarşı açılan cinayət işləri və s. söyləməyə əsas verir deyək ki, Ermənistanda insan hüquq və azadlıqlarının pozulması ilə bağlı geniş faktlar var. Lakin nədənsə, Ermənistanı, Paşinyanı şıltaq bir şəxs, dövlət kimi görməyə adət eləmiş və ya görən həmin beynəlxalq təşkilatlar, xarici dövlətlər bu məsələlərə vurğu vurmurlar. Yəni, bu məsələlərin üzərindən bəzi məqamlarda sükutla keçirlər. Bu da onların ikili standartlarının göstəricisidir.
Paşinyan guya ki, demokratik hakimiyyət qurub. Özü mitinqlərlə, aksiyalarla hakimiyyətə gələn bir şəxs, hazırda mitinqlərin keçirilməsinə, aksiyaların təşkili məsələlərinə çox sərt təpkilər göstərir. Polisin aşırı dərəcədə güc tətbiq etməsi ilə bağlı durumlar müşahidə olunur. Özü də Paşinyan demək olar ki, əks fikrə qarşı çox dözümsüzdür. Fikir verirsinizsə, Rusiyada yaşayan bəzi ermənilərin Ermənistana giriş-çıxışına qadağa qoyulub. Ermənistan özündə öz rəqiblərinə qarşı çox amansız mübarizə metodları tətbiq olunur. Əks, tənqidi fikirə qarşı açıq-aşkar dərəcədə dözümsüz münasibət göstərir. Yəni, əslində ermənilərin iç üzü bundan ibarətdir. Sadəcə olaraq, Paşinyan özündə demokrat imici yaratmaq istədi ki, bu da alınmır. Ermənilər parlamentdə qan tökmüş bir millətdir. Ermənilər dinc mitinqlərdə, aksiyalarda iştirakçılara qarşı zor tətbiq etmiş, onları öldürmüş, aksiyada qan tökmüş bir toplumdur. Bu toplumun nə siyasi mədəniyyəti, nə demokratiya ilə bağlı təcrübəsi, istəyi, həvəsi yoxdur və Avropa İttifaqının Ermənistandan bir demokratiya adası düzəldib, onun müxtəlif məqsədlər üçün istifadə cəhdləri də məncə uğursuz nəticələnəcək. Bu Ermənistandakı qeyri-insani məsələlərə qarşı xarici dövlətlərin, beynəlxalq təşkilatların həssas olması daha faydalı olar, nəinki bu şəkildə göstərdikləri münasibət".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31