Azərbaycan Qarabağda yaşayan ermənilərin taleyini hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyil - ÖZƏL

"Azərbaycan 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra sülh danışıqlarına başlamaq təşəbbüsü irəli sürdü və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdi. Yaxşı olardı ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı bu şansı əldən buraxmağın böyük səhv olacağına inandıra bilsinlər". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamaləddin Qafarovun sözlərinə görə, bu, Ermənistanın həqiqətən də sonuncu şansı ola bilər: "Çünki, Ermənistan ölkəmizə qarşı təcavüz səbəbindən, faktiki olaraq müstəqil gələcəyini qurmaq fürsətini əldən buraxıb. Bu gün isə, Prezident İlham Əliyev öz konstruktiv və ədalətli təklifləri ilə onlara öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaradır. Dövlətimizin başçısı Azərbaycandakı erməni azlığına dair konkret mövqeyini bir daha ortaya qoyaraq, Azərbaycanın çoxkonfessiyalı, çoxmillətli ölkə olduğunu və bütün azlıqların hüquqlarının Konstitusiyamız tərəfindən qorunduğunu bir daha vurğuladı. Artıq həmin insanlar da anlamalıdırlar ki, onların gələcəyi yalnız Azərbaycan cəmiyyətinə inteqrasiya ilə bağlıdır. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onların taleyini, onların gələcək həyatını dövlətimiz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31