Fransa qanunvericiliyi etnik və dini zəmində ayrıseçkilik üçün zəmin yaradır - ÖZƏL

"Fransa dövləti dünyəvilik ənənəsini elan edərək əhalinin siyahıya alınması kampaniyalarında 1872-ci ildən başlayaraq ölkə vətəndaşlarının dini mənsubiyyəti barədə sorğu aparmır. 1905-ci il dekabrın 9-da qəbul olunmuş "Kilsələrin və dövlətin ayrılması haqqında" qanuna əsasən ölkədə dövlətin siyasəti kimi rəsmi olaraq dünyəvilik siyasəti  elan olunub. 1978-ci ildə isə qəbul edilmiş qanuna əsasən ölkədə yaşayan fərdlərin irqi, etnik və dini mənsubiyyəti barədə məlumatın toplanması birmənalı olaraq qadağan olunub". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Pərvin Kərimzadənin sözlərinə görə, Fransanın rəsmi dövlət siyasəti kimi rəhbər tutduğu belə bərabərlik və dünyəvilik modeli müasir dövrdə ölkədə yaşayan etnik, dini və digər azlıqların ölkə cəmiyyətinə inteqrasiyası, onların problemlərinin həlli üçün əsas maneə hesab olunur: "Bu azlıqları və onların problemlərini Fransa cəmiyyətinin gözündə "görünməz" faktora çevirir, onlara qarşı sistemli və davamlı ayrı-seçkilik hallarının qarşısını almaq və mübarizə tədbirləri görmək üçün effektiv mexanizmlər tətbiq etməyə imkan vermir. Belə qadağanın praktiki mənada bir sıra mənfi təsirləri var. Məsələn, etnik və dini zəmində ayrı-seçkiliyə dair statistik məlumatlar toplanılmır və təhlillər aparılmır. Dövlət qurumları və məhkəmə orqanları bu qanuna əsaslanaraq hər hansı formada dini və etnik mənsubiyyəti qadağan edən, süni şəkildə vətəndaşların "mütləq bərabərliyi" və dövlətin "mütləq bitərəfliyi" ideyasını rəhbər tutan qərar və qaydalar qəbul edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31