“Ali təhsil haqqında” qanunda nələr əksini tapıb? - ÖZƏL

Azərbaycan parlamenti "Ali təhsil haqqında" qanun layihəsinin qəbulunu nəzərdə tutur. Milli Məclisin Elm və təhsil komitəsindən "Olaylar"a bildirilib ki, sözügedən qanun layihəsi Milli Məclis tərəfindən hazırlanıb və təkmilləşdirilib. Sənəddə Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş milli təhsil sistemimizin inkişaf strategiyasında, rəqabətədavamlı iqtisadiyyatın kadr potensialının təmin edilməsi üçün insan kapitalının formalaşdırılması konsepsiyasında, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də və digər dövlət sənədlərində təhsillə bağlı müəyyən edilən istiqamətlərin, qarşıya qoyulan hədəflərin öz əksini tapıb. Layihədə ali təhsilin əlçatanlığının, keyfiyyətinin, səmərəliliyinin artırılması, həmçinin idarəetmənin, maliyyələşmənin təkmilləşdirilməsi və ali təhsildə beynəlxalq standartların, innovasiyaların tətbiqi, elm və təhsilin vəhdəti  kimi məsələlərin hüquqi bazası müəyyən edilir. Qanun layihəsi 12 fəsil 55 maddədən ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31