İlham Əliyev silh və əməkdaşlıqdan, Paşinyan isə vəziyyətin gərginləşəcəyindən danışdı - ÖZƏL

"Azərbaycan Prezidenti  Almaniya Kansleri ilə bu gün Berlində keçirdiyi birgə mətbuat konfransında Qafqazda sülh və əməkdaşlıqdan danışdı.  Ermənistanın baş naziri isə eyni vaxtda  regionda vəziyyətin gərginləşəcəyənin anonsunu verdi. Beləliklə, cənab İlham Əliyev də, Nikol Paşinyan da bugünkü açıqlamalarıyla bir növ nəyə çalışdıqlarını və nə istədiklərini sərgiləmiş oldular". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,  Qarabağın Azərbaycan torpağı olduğunu birbaşa yox, "Dağlıq Qarabağı respublika kimi tanımamışıq" deməklə təsdiqləməyə üstünlük verən Almaniya kansleri Olaf Şolts bizim regionda yenidən  toqquşmalar baş verərsə, buna görə kimin məsuliyyət daşıdığını anlamaqda yəqin artıq  elə də çətinlik çəkməyəcək: "Əminəm ki, ona Ermənistan baş nazirinin kimlərin diqtəsi ilə yenidən 2019-cu ildəkinə bənzər fikirlər səsləndirdiyi, üzərlərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi sirr deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31