Prezident İlham Əliyev: Nə qədər çox interkonnektor olarsa, Avropa məkanına qaz ixracatı da bir o qədər genişləndirilə bilər
14 Mart 2023 19:45 SiyasətAvropada yaranmaqda olan interkonnektorlar çox mühüm rol oynayır. Nə qədər çox interkonnektor olarsa, bizim Avropa məkanına qaz ixracatımız bir o qədər də genişləndirilə bilər. Təbii ki, uzunmüddətli kontraktlar imzalanmalıdır.
Olaylar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.
Avropada yaşıl keçidə meyillərin yüksək olduğunu qeyd edən Azərbaycan Prezidenti bildirib: "Biz uzunmüddətli kontraktlarda maraqlıyıq və ümid edirəm ki, bu məsələləri bir-birimizlə uzlaşdıra bilərik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31