Almaniya Ermənistan və Azərbaycan arasında vasitəçi ola bilməz - ÖZƏL

"Almaniyanın  Azərbaycan və Ermənistan arasında mühüm vasitəçiliyi mümkün görünmür. İlk növbədə Avropa İttifaqı çərçivəsində vasitəçiliyin müsbət effekti ola bilər. Fransa vasitəçiliyini qəbul etmədiyimiz kimi Ermənistanda rəsmi Berlinin vasitəçiliyini qəbul etməyəcək. Almaniya ilə Azərbaycan arasında siyasi-iqtisadi  əlaqələrin inkişafı labüddür". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyası - MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu xüsusda prezident İlham Əliyevin Almaniyaya səfəri xüsusi əhəmiyyət kəsb edir. Avropa İttifaqının ayrı-ayrı dövlətləri ilə siyasi -iqtisadi əlaqələri ele bir müstəviyə gətirməliyik ki, Ermənistan bizə qarşı istifadə edə bilməsin: "Azərbaycanla Almaniya arasında enerji xüsusilə, qaz sahəsində əməkdaşlıq tranzit baxımından baha başa gəlir. Amma, Avropa İttifaqının digər ölkələrinə  enerji ixracı Almaniyanın da siyasi maraqlarına cavab verir. Prezident İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasında ticarət və investisiya sahəsində, həmçinin siyasi əlaqələrdə yeni bir mərhələni başladacaq. Fransanı neytrallaşdırmaq baxımından Almaniya bizim üçün önəmli ölkədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31