MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının iclası keçiriləcək

Milli Məclisin deputatı Emin Hacıyev MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının 20-ci iclasında iştirak etmək üçün martın 15-dən 17-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaq. "Olaylar" xəbər verir ki, tədbirdə "Gənclər siyasəti sahəsində termin və anlayışlar lüğətinin hazırlanması", "Müasir zamandagənclərin parlament strukturlarının fəaliyyəti" mövzularında, habelə"Birlik Gəncləri" Elektron kitabxanası" layihəsi ilə bağlı müzakirələr aparılacaq, digər məsələlərə də baxılacaq. Millət vəkili Emin Hacıyev yığıncaqda çıxış edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31