Paşinyan Azərbaycanla mümkün sülh müqaviləsindən danışdı: “Problemlər üzə çıxır...”

"Azərbaycan Ermənistanın sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab verib".

Olaylar.az Sfera.az-a istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, söhbət fevralın ortalarında Ermənistan tərəfindən təqdim edilən təkliflərdən gedir.

"2-3 gün əvvəl Azərbaycandan cavab aldıq. Müəyyən irəliləyişləri gördüyümüzü qeyd etməliyik. Amma nə qədər irəliləsək, bir o qədər fundamental problemlər üzə çıxır", - Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, 2020-ci ilin üçtərəfli bəyanatından fərqli olaraq, İrəvan və Bakı arasında razılaşma effektiv olmalıdır.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 16-da hökumət iclasında Bakı ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsinin başa çatdırıldığını demişdi. O, bunun tam müqavilə layihəsi olduğunu bildirmişdi. Sənəd həmçinin, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31