"Arsaxın Xarici İşlər Nazirliyi"nin "yox" cavabı bizim üçün heç bir anlam daşımır - ÖZƏL
14 Mart 2023 12:59 Siyasət"Azərbaycan Prezidenti Administrasiyasının Qarabağdakı hayların təmsilçilərini "reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi üçün" Bakıda keçirilməsi planlaşdırılan ikinci görüşə dəvətinə "Arsaxın Xarici İşlər Nazirliyi"nin "yox" cavabı bizim üçün heç bir anlam daşımır. Ona görə ki, Azərbaycanda ancaq bir Xarici İşlər Nazirliyi var. "Arsaxın Xarici İşlər Nazirliyi" olsa-olsa, varlığına özlərinin şübhə etdiyi hay kəşfidir". "Olaylar"ın məlumatına görə, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, bizim mövqemiz ortadadır, Prezident Administrasiyasının çağırışı o deməkdir ki, Qarabağdakı hayların təmsilçiləri reinterqasiya istəyirlərsə, buyurub gəlsinlər, onlara qapımız açıqdır: "Əminəm ki, orada elələri var və sayları heç də az deyil. Çox keçmədən onlar səslərini çıxaracaqlar. Çünki Qarabağdan Ermənistana gedib-gələnlərin ancaq təzə Laçın yoluyla hərəkət edəcəkləri və deməli şərti sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulacağı günə çox az qalıb. Yeni marşrutun tam işləməsi üçün Ermənistanda çəkilən 12 km-lik yol artıq hazır kimidir. Əgər haylar onun istismarını qəsdən gecikdirməyə çalışsalar, yenə fakt qarşısında qoyulacaqlar. Bizimlə ancaq Volkovun kontrolu altında ünsiyyətə hazır olduqlarını bildiriənlərə gəldikdə, maraqlıdır, Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk edəndə onlar hara getməyi planlaşdırırlar?"