Kür çayı quruyub, Arazda da su yoxdur - Komitə sədri

Dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da su ciddi problemə çevrilib. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında sədr Tahir Rzayev bildirib. "Kür çayı artıq quruyub, demək olar ki, Kürdə su yoxdur. Bu gün təkcə Kürdə yox, hətta Arazda da su yoxdur. Bunun bir neçə səbəbi var. Biri iqlim dəyişikliyidir. Digər səbəb isə dünyada baş verən hadisələrdir. Eyni zamanda əkin sahələrinin artırılması və əhalinin sayının artması da səbəblərdən biridir", - deyə komitə sədri vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31