"Fransa kimi imperiyaların qurduqları oyunlar ifşa olunur"- ÖZƏL
14 Mart 2023 11:18 Siyasət"Korsikada Korsikan dilinin istifadəsinin qadağan olunması Fransanın iç üzünün ortaya çıxmasıdır.
Azərbaycanda, Türkiyədə və digər bir sıra dövlətlərdə çox az saylı xalqların dilinə "həssaslıqla" yanaşan, onlar üçün demokratiya çağırışları edən bir ölkənin öz sərhədləri daxilində böyük bir xalqın dilini qadağan etməsi, onları assimiliyasiya etməyə çalışması həm də ikiüzlülüyün təzahürüdür".
Bu sözləri Olaylar.az-a siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib:
"Nəzərə almaq lazımdır ki, korsikanlar dünyada azsaylı xalqlardandır ki, dövlətləri yoxdur və dövlət qurmaq istəyirlər. Bu isə, "xalqların öz milli müqəddəratını təyinetmə hüququ" prizmasından korsikanların suveren hüququdur, ancaq Fransa dövləti öz imperiya maraqları üçün bu hüququ boğmaqla qalmır, paraleldə onların ana dilindən istifadə etmələrinə də müxtəlif bəhanələrlə qadağa qoyur.
Bu nöqtədə maraqlı bir təzada da toxunmaq yerinə düşər: Qarabağda öz dövləti (Ermənistan) olan ermənilərə "ikinci erməni dövləti" qurmaq istəyən Fransa, Korsikada bunun tam əksini edir. Qarabağda "xalqların öz milli müqəddəratını təyinetmə hüququ"nu ön plana çıxaran Paris, Korsikada "dövlətlərin ərazi bütövlüyü və suverenliyi"ndən danışır, Bakının öz suverenliyini və bütövlüyünü qorumasına "təcavüzkar" don geyindirməyə çalışır. Ancaq əksinə, özü korsikanların assimiliyasiyası üçün bütün qeyri-qanuni və qeyri-insani vasitələrdən istifasdə edir.
Ona görə də, hər keçən gün bu kimi amillər nəticəsində Fransa dövlətinin əsl mahiyyətii üzə çıxır, onun "demokratiya" pərdəsi altında gizlənmiş bir imperiya olduğu reallığı aşkarlanır.
Ancaq artıq dünya əvvəlki dünya deyil. Bütün xalqlar həqiqəti görür və duyur, hər kəs hər şeyin fərqindədir. Fransa və onun kimi imperiyaların qurduqları oyunlar ifşa olunur, zamanla özlərinə zərər verməyə başlayır.
Korsika xalqına edilən bu haqsızlıqlar da bu reallığın bir parçasıdır və zamanla bütün daşlar yerinə oturacaq.
Ən əsası, sırf Qarabağ məsələsində Fransanın ikiüzlü siyasətinin uğur qazanması reallıqdan kənarlaşıb".