Azərbaycan vətəndaşlarının İrana getməsi təhlükəli hala çevrilir - ÖZƏL
14 Mart 2023 10:12 Siyasət"İrandan Azərbaycana ixrac edilən "Kərimə dövləti" ideyasını dəstəkləyən 32 nəfər saxlanılıb. Bu ideyanın icraçısı rolunda SEPAH tərəfindən yaradılan "Hüseyniyyun" qruplaşması çıxış edir". "Olaylar"ın məlumatına görə, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, sosial şəbəkə platformalarında paylaşımlarına baxdıqda dəstək verənlərin, hətta saxta hesabları çıxsaq belə, az olmadığını görmək olar. Bu baxımdan, saxlanılan 32 nəfərin onların kiçik bir qismi olduğunu deyə bilərik: "Azərbaycanda İran casus şəbəkəsinin neytrallaşdırılması addımlarına Tehran da qarşılıq verməyə çalışacaq. Belə vəziyyətdə Azərbaycan vətəndaşlarının İrana getməsi daha da təhlükəli hala çevrilir. Çünki mollalar indi "Azərbaycan casusu" tapmaq üçün hər şeyə əl atırlar".