HDİM sədri: “Fransa dünya üçün təhlükə mənbəyinə çevrilir” - ÖZƏL

"Fransanın sərgilədiyi  qeyr-etik davranış, müstəmləkiçilik siyasəti aparması və kütləvi şəkildə insanları qətlə yetirməsi bir daha onu deməyə əsas verir ki, bu dövlətin artıq demokratiyadan, insan hüquq və azadlıqlarından danışmağa haqqı yoxdur". Bu fikirləri Olaylar İA-ə  açıqlamasında Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri İlham Əliyev deyib  HDİM sədri qeyd edib ki,  Fransa hökuməti fars-molla rejimi və terrorçu dövlət kim dünyada tanınan Ermənistan kimi beynəlxalq aləm üçün təhlükə mənbəyinə çevirlib: "Korsikada baş verən hadisələr diqqətdən kənarda qalmır. Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dilləri olduğunu bildirən prosedur qaydalarının müddəalarını ləğv edib. Məhkəmə hesab edib ki, bu müddəa Fransa Konstitusiyanın 2-ci maddəsinə ziddir. Qərar mərkəzi hökumətin adadakı ən yüksək nümayəndəsi olan Korsika prefekti tərəfindən qaldırılan məhkəmə iddiasından sonra, eləcə də Emmanuel Makron administrasiyasının yerli siyasətçilərlə Korsikaya daha çox muxtariyyət verilməsi barədə danışıqlar apardığı bir vaxtda qəbul edilib".
Müstəqillik tərəfdarı olan "Core in Fronte" partiyasının  tviter hesabında bu qərarı "rüsvayçı" adlandırmasını haqlı hesab edən İ.Əliyev bildirib ki, məhkəmə qərarı və onun motivasiyası yalnız konstitusiyaya yenidən baxılmasının mütləq zərurətini təsdiqləyir, xüsusən də Korsika dilinin rəsmi statusunu təmin etmək, onun yaşaması və inkişafı üçün vacib şərtdir.
 HDİM sədri tarixi faktları diqqətə çatdırararaq qeyd edib ki,  1990-cı illərdə Korsika müstəqillik və muxtariyyət tərəfdarları arasında parçalanma baş verib: "Parçalnamadan Fransa öz müstəmləkə maraqlarına uyğun istifadə edib. Korsika dilinin fransız dili ilə ortaq rəsmi olması uzun illər təkcə millətçilərin deyil, həmçinin adanın rəhbərliyinə seçilənlərin də tələbi olub. Təxminən 150 min nəfərin danışdığı korsika dili yox olmaq təhlükəsi ilə üz-üzədir. Fransa beynəlxalq arenada xalqların azadlıq və ədalətlə bağlı arzularına sədd çəkərək bəşəri cinayətlərin müəllifinə çevrilib".
İ.Əliyev demokratik düşüncəli dünya xalqlarını  Fransanın müstəmləkəməsindən xilas olaraq öz müstəqilliyi  uğrunda mübarizə aparan Korsika dəstək olmağa çağırıb. Bildirib ki, Fransanın qeyr- etik davranışının, xalqalara qarşı qətliam siyasətinin durdurulması üçün beynəlxalq aləm  birlik və həmrəylik nümayiş etdirməlidir: "Fransa Əlcəzairdə, Ruandada və  Afrikada Benin, Qabon, Burkina-Faso, Qana, Kamerun və Korsika  kimi ölkələrdə qətliamlar törətdib. Bununla müasir dövrdə faşizmi inkişaf etdirir. Qısaca desək Fransa prezident Makronun timsalında Avropada Hitlerin davamçısı rolunda çıxış edir. Bu dəhşətli virusun dayandırılması üçün dünya birliyinin həmrəyliyinə ehtiyac var. Əks halda bəşəriyyət faşizmdəndə dəhşətli fəlakətlə üzləşə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31