Rusiyanın niyyəti sülh olsa idi problem çoxdan həll edilmişdi - ÖZƏL

"Rusiyanın proseslərdə söz sahibi olmaq istəyini təbii qarşılamaq olar, amma niyyət səmimi olsa. Rusiyanın niyyəti sülh olsa idi problem çoxdan həll edilmişdi. Rusiya zatən proseslərdə söz sahibidir".
Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov martın 13-də Putin və Paşinyan arasında  baş tutan telefon danışığında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması məsələsinin müzakirəsinə münasibət bildirərkən səsləndirib. O bildirib ki,  Paşinyan müharibədən sonra  Rusiyadan kənarlaşmaq siyasəti  aparır: "Səbəb təhlükəsizlik məsələsidir. Rusiyanın öz öhdəliklərini yerinə yetirib, Ermənistanı müdafiə etmədiyi fikrindədir. Putin isə yaxşı başa düşür ki, regionda elə bir durum yaranıb ki, Azərbaycan və Türkiyə reallığını unutmaq olmaz. Ermənistan da bunu başa düşməlidir".
Azər Qasımov hesab edir ki, Putin Paşinyanla telefon danışığında bu reallıqları müzakirə ediblər və böyük ehtimalla, Putin Paşinyana başa salıb ki, o, istəsə belə tək Ermənistanı müdafiə edə bilməz: "Ermənistanla Azərbaycanın siyasi çəkisi bir deyil. Bununla yanaşı Rusiyanın da öz maraqları var. Bir sözlə, Putin Paşinyanla danışıqda sülh müqaviləsinin detallarının Rusiyanın maraqları aspektindən hazırlanmasını Ermənistanın təhlükəsizlik maraqlarının da qorunması kimi qələmə verib ki, Paşinyan bu təhlükəsizliyi Qərbdə axtarmasın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31