Azərbaycan təkcə sivilizasiyalararsı dialoq deyil, əməkdaşlıq üçün də şərait yaradır - ÖZƏL
13 Mart 2023 11:54 Siyasət"Bu gün Azərbaycan təkcə sivilizasiyalararsı dialoq deyil, əməkdaşlıqlar üçün də müəyyən bir şərait yaradır. Bakının son zamanlar bir sıra önəmli tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın dünyada strateji tərəfdaşlığın inkişafında oynadığı roldan xəbər verir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Anar Məmmədovun sözlərinə görə, qarşıdurmalar, dünyanı təhdid edən təhlükələrin qarşısını almaq üçün birgə fəaliyyət mütləqdir: "Çünki hazırkı dünyanın qlobal problemlərinin həlli də məhz bu yoldan keçir. Bu forumların da əhəmiyyəti sülh şəraitinin formalaşmasıdır. Rəsmi Bakı öz baxışları ilə dünyanın tanınmış siyasi liderlərinə mühüm ismarıclar verə bildi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31